De Byazinin Azərbaycan millisindəki taleyinə aydınlıq gətirildi

De Byazinin Azərbaycan millisindəki taleyinə aydınlıq gətirildi
İdman 121

“Canni De Byazi Azərbaycan millisində işinə davam edəcək”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra Komitə üzvü Zaur Axundov məlumat verib.

Onun sözlərinə görə, italyan mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin sonuna qədər yığmada qalacaq.

Qeyd edək ki, Azərbaycan millisinin seçmə mərhələdə Avstriya və İsveçə böyükhesablı məğlubiyyətlərindən (müvafiq olaraq, 1:4 və 0:5) sonra De Byazinin istefaya göndərilməsi gündəmdə idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər