De Byazi millinin qapıçısının Rəşad Sadıqovla bağlı fikirlərinə cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Şahruddin Məhəmmədəliyevin hazırda "Zirə"yə rəhbərlik edən Rəşad Sadıqovun yığmanın sükanı arxasına gətirilməsi ilə bağlı fikirlərinə münasibət bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "CBC Sport" telekanalındakı "Start" verilişində 27 yaşlı qapıçının daha çox öz işini görməli olduğunu söyləyib.
Onun sözlərinə görə, bu cür qərarları yalnız AFFA verə bilər: "Amma qolkiperi də başa düşürəm. Deyib ki, mən gedəsi olsam, bu təyinat daha yaxşı olar. Çox oyunçularla danışıram. İstəsəniz, mesajları da göstərə bilərəm. Maksim Medvedev, Qara Qarayev, Filip Ozobiç, Emin Mahmudov, bir sözlə hamısı deyir ki, yığmada qalsanız, çox sevinərik".
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev mətbuata açıqlamasında yığmanı bu vəziyyətdən çıxara biləcək baş məşqçinin məhz Rəşad Sadıqov olduğunu söyləyib.
Oxşar xəbərlər
Canni De Byazi: "İstəyirdim, meydana 11 aslan çıxsın"
"Oyunlardan öncə bizim iclaslarda, komandanın içində olsaydınız, uşaqları necə motivasiya etdiyimi görərdiniz. Onlara ilk növbədə ürəkli, istəkli oynamağı tapşı...