DÇ-2022: Serbiya final mərhələsinə çıxdığı üçün 1 milyon avro mükafat alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Serbiya millisinə veriləcək mükafatın məbləği bəlli olub.
BAKU.WS "Report"a istinadən məlumatına görə, yığma üzvlərinə ümumilikdə 1 milyon avro bonus ödəniləcək.
Ölkə prezidenti Aleksandr Vuçiçin vəd etdiyi məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb.
Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya yığması son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə əldə edib. Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...