DÇ-2022-nin püşkünü Azərbaycan əsilli futbolçu çəkəcək
Yeniliklərdən dərhal xəbərdar olun
FIFA 2022-ci il dünya çempionatının püşkatma mərasimində püşkü çəkəcək veteran futbolçuların adlarını açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də var.
Tədbirdə 53 yaşlı keçmiş forvarddan başqa, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) də yer alıb. 8 veteran futbolçunun hərəsi bir səbətin püşklərini çəkəcək.
Aprelin 1-də keçiriləcək DÇ-2022-nin püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Əli Daei milli komandalarda ən çox qol vurmuş ikinci futbolçudur. Aktivində 109 qol olan Daei yalnız Portuqaliya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldudan (115 qol) geri qalır.
Oxşar xəbərlər
Ronaldonun oğlu "Mançester Yunayted"də - FOTO
Portuqaliya millisinin üzvü, "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldonun oğlu kiçik Kriştianu klubla rəsmi müqavilə bağlayıb. BAKU.WS xəbər ver...