DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

DÇ-2022: Fənərbağçanın hücumçusu millinin tarixinə düşüb
İdman 168

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Ener Valensiya Ekvador millisinin tarixinə düşüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hücumçu buna Qətərə qarşı dünya çempionatının açılış oyununda fərqlənməklə nail olub.

16-cı dəqiqədə penaltidən hesabı açan forvard ölkəsinin mundiallar tarixində ən çox qol vuran oyunçusu olub. Qollarının sayını 4-ə çatdıran Valensiya Aqustin Delqadonu (3) keçib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər