DÇ-2022-dən sonra ilk dəfə Parisə qayıdan Messini PSJ komandası belə qarşıladı - VİDEO

DÇ-2022-dən sonra ilk dəfə Parisə qayıdan Messini PSJ komandası belə qarşıladı - VİDEO
Video
İdman 123

Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ komandasının düşərgəsinə qayıdıb.

BAKU.WS xəbər verir ki, 36 yaşlı hücumçu yığma ilə Qətərdə keçirilən dünya çempionatındakı qələbədən sonra ilk dəfə Parisə gəlib və kollektivə qoşulub.

Komanda yoldaşları onu alqışlarla qarşılayıb.

Qeyd edək ki, dekabrın 18-də Qətərdə DÇ-2022-nin Argentina və Fransa milliləri arasında baş tutan final matçının əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Oyunun əlavə vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib və matç penaltilər seriyasına qədər uzanıb.

Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü, Messi isə ilk dəfə dünya çempionu adını qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər