DÇ-2022: Bu gün G və H qruplarında II tura yekun vurulacaq

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.
BAKU.WS xəbər verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.
Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.
H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2022Qrup mərhələsi, II turG qrupu
14:00. Kamerun - Serbiya20.00. Braziliya - İsveçrəXal durumu: Braziliya - 3, İsveçrə - 3, Kamerun - 0, Serbiya - 0.
H qrupu
17:00. Cənubi Koreya- Qana23:00. Portuqaliya - UruqvayXal durumu: Portuqaliya - 3, Uruqvay - 1, Cənubi Koreya - 1, Qana - 0
Qeyd edək ki, hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib.
Oxşar xəbərlər
DÇ-2022: Portuqaliya Qanaya qalib gəlib - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başa çatıb. Qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi...