DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib - YENİLƏNİB

DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib - YENİLƏNİB
İdman 99

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

Sambaçılar" buna G qrupunun II turunda İsveçrəyə minimal hesabla qalib gəlməklə nail olub. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb. 3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

***21:40

Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə yığmaları arasında G qrupunun II tur oyununda hesab açılıb.

83-cü dəqiqədə Kazemiro "sambaçılar"ı önə keçirib.

***20:00

Qətərdə keçirilən dünya çempionatında Braziliya və İsveçrə milli komandaları arasında G qrupunun II tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər