DÇ-2026 seçmə mərhələsi: Azərbaycan ilk görüşdə İslandiyaya böyük hesabla məğlub oldu

DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.
Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qolları Viktor Palsson (45+2), İsak Yohanneson (47, 56), Albert Qudmundsson (66) və Kristian Hlünsson (73) vurublar.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Bakıda Ukrayna seçmə komandası ilə keçirəcək.
***22:44
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilk görüşünə çıxıb.
Millimiz ilk turda İslandiya seçməsinin qonağıdır.
Niderlandlı hakim Sander van der Eykin idarə etdiyi görüş Reykyavikin "Lauqardasvöllur" stadionunda keçirilir:
***21:40
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək İslandiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Oxşar xəbərlər
"Hədəfimizi itirmədik" – Qurban Qurbanovdan transfer açıqlaması
"UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq böyük uğurdur". Oxu.Az xəbər verir ki, bunu AzTV-yə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qu...
