DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan millisi İslandiya ilə qarşılaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan milli komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə üz-üzə gələcək.
BAKU.WS xəbər verir ki, qarşılaşma saat 21:00-da "Palms Sports Arena"da (8-ci km stadionu) baş tutacaq.
Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək. Ona köməkçilər kimi Vladan Todoroviç və Srdan Yovanoviç (Serbiya) dəstək verəcəklər. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç, VAR sisteminə nəzarəti isə serbiyalı Momçilo Markoviç və Aleksandar Jivkoviç həyata keçirəcək.
Xatırladaq ki, komandamız seçmə mərhələdəki ilk oyunda səfərdə İslandiya yığmasına 0:5 hesabı ilə uduzmuşdu.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...