DÇ-2026-da qalmaqal: ABŞ İran millisinin uçuşuna əngəl oldu

DÇ-2026-da qalmaqal: ABŞ İran millisinin uçuşuna əngəl oldu
İdman 48

İran Futbol Federasiyası DÇ-2026-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində Misir yığması ilə keçiriləcək oyun üçün komandanın uçuşu zamanı ABŞ-ni süni maneələr yaratmaqda ittiham edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində müvafiq bəyanat yayılıb.

"Bir neçə saat əvvəl İran millisinin futbolçuları Misirlə matça yollanmaq üçün hava limanına gəliblər. Lakin əvvəlki hallarda olduğu kimi, ev sahibi qismində çıxış edən ABŞ tərəfindən Səid Elahi və Mehdi Taremiyə yenidən əngəllər törədilib, nəticədə isə komanda hava limanında ləngiməyə məcbur olub", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, İran və Misir yığmaları arasındakı qarşılaşma iyunun 27-də Sietldəki "Lümen Fild" stadionunda baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 07:00-da səslənəcək. Hələ iyunun 24-də məlum olmuşdu ki, İran yığmasının nümayəndələrinə üçüncü turun oyunu ərəfəsində ABŞ ərazisinə yalnız matçdan iki gün əvvəl daxil olmağa icazə veriləcək.

Qeyd edək ki, İran yığması dünya çempionatının qrup mərhələsinin ikinci turunda Belçika komandası ilə heç-heçə edib. Gərgin keçən görüş 0:0 hesabı ilə yekunlaşıb. İranlı futbolçular ilk turda da Yeni Zelandiya ilə matçdan sülhlə (2:2) ayrılmışdılar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər