Daha bir güləşçimiz Avropa çempionatının yarımfinalında - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
BAKU.WS Güləş Federasiyasına istinadən xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb - 3:2. Türkan 1/4 finalda Avropa çempionu Miqlena Selişkayla üz-üzə gəlib. Bu qarşılaşmadan Bolqarıstan idmançısı qalib ayrılıb - 10:0.
59 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə "tuşe" ilə qələbə qazanıb. Kolesnik qrupda növbəti və sonuncu görüşündə almaniyalı Elena Brüggerə də "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Qalereya
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...