Cüdoçularımız Avropa Kubokunun ilk günündə 3 medal qazandı
26
may
2024
12:57
25 mayda Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününə start verilib.
Azərbaycan cüdoçuları yarısın ilk günündə 2 gümüş və 1 bürünc medal qazanıb.
Oğlanlar arasında 60 kq çəkidə Nihad Rəhimov gümüş medal qazanıb, Özqan Quliyev 7-ci yerə çıxıb. 66 kq çəkidə Səlim Sultanov gümüş, Kənan Sadıqov bürünc medal əldə edib, Ramil Mahmudov isə yarışı 5-ci yerdə başa vurub.
Qızlar arasında -52 kq. çəkidə Aysun Məmmədova 5-ci yerə çıxıb.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiya...