"Çətin anlar yaşadıq" - Eysebio di Françesko
27
sen
2017
23:06
"İlk hissə üstünlüyümüz şəraitində keçsə də, ikinci hissədə çətin anlar yaşadıq. "Qarabağ" qapımız qarşısında qol vəziyyətləri yaratdı". BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Roma"nın baş məşqçisi Eysebio Di Françeskoya məxsusdu.Çempionlar Liqasının II turunda "Qarabağ"ın qonağı olan İtaliya nəhəngi minimalhesablı qələbə qazanıb - 2:1.Oyundan sonra keçirilən mətbuat konfransında Di Françeskonun qələbə şərhi belə olub: "Dünən "Qarabağ"ın güclü komanda olduğunu elə-belə deməmişdim. Bu gün bir daha şahid olduq ki, "Qarabağ" çox güclü rəqibdi. Bizə də çox çətin anlar yaşatdılar".- Oyunu eyni tempdə aparmadınız...- Bununla razıyam. Rəqibin qolundan sonra bizdə çatışmazlıqlar yarandı. Nəzərə alın ki, hələ inkişaf mərhələsindəyik, topla rəftarımızı gücləndiririk. Ancaq "Qarabağ"dan güclü idik və əsas odu ki, burdan 3 xalla ayrılırıq.- İkinci hissədə əsəbləşirdiniz. Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonun oyunu?- Qonalon yaxşı oyunçudu. Amma o, gənc deyil. Bu gün oyunundan razı qaldım. Uzun ötürmələrə qarşıyam. Amma bəzən belə ötürmələrə də ehtiyac duyulur.- İlk iki qoldan sonra oyununuz alınmadı. Bu, arxayınlıqdan qaynaqlanırdı?- Xeyr. Bundan söhbət gedə bilməz. İki qoldan sonra da 5-6 qol vəziyyətimiz oldu. "Qarabağ" da bizə çətinliklər yaratmağa başladı. Bunun səbəbi idi ki, 3-cü topu vura bilmədik.- Bu gün Defrelin zədələnməsi planınıza təsir etməyəcək?- Defrelin zədəsi deyəsən ciddidi. Ola bilsin ki, həm o, həm də Perotti qarşıdakı matçda iştirak etməsin. Amma bizim Florenzi kimi oyunçumuz var ki, onları əvəz edə bilər.- "Qarabağ"da kimi xüsusi fərqləndirərdiniz?- Bütün futbolçular yaxşı oynadılar. Topla gözəl davranırdılar. Matçdan əvvəl də rəqibin hücum xəttini xüsusi qeyd etmişdim. Əsasən 11 (Mahir Mədətov), 9 (Dino Ndlovu) və 10 (Pedro Enrike) nömrəli oyunçularını bəyəndim.BAKU.WS
Oxşar xəbərlər
“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq
“Oyunçuların hamısını oynatmağa çalışırıq. Futbolçuların hamısına şans vermək istəyirik. Heyəti rəqibə görə formalaşdırmırıq. Hazır olanı meydana buraxırıq. Mən...