ÇSKA-nın futbolçusu Joel Zvartz: "Qarabağ"a qarşı hücum futbolu oynayacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
ÇSKA (Sofiya, Bolqarıstan) "Qarabağ"a qarşı hücum futbolu oynayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin futbolçusu Joel Zvartz "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
O, ilk matçdan sərfəli nəticə ilə ayrıımaq istədiklərini bildirib:
"Qarşılaşmaya ciddi hazırlaşmışıq, özümü yaxşı hiss edirəm. "Qarabağ"ın oyun üslubunu təxminən bilirik. Bu maçda hücum futbolu sərgiləmək istəyirik".
Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...