ÇL-də ilk qol vuran azərbaycanlı və Azərbaycan vətəndaşı

ÇL-də ilk qol vuran azərbaycanlı və Azərbaycan vətəndaşı
Foto
İdman 205

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasında qol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb. O, ümumilikdə isə ikinci azərbaycanlıdır.

BAKU.WS-in məlumatına görə, turnirdə ilk dəfə fərqlənən azərbaycanlı isə "Spartak"da çıxış edən Ramiz Məmmədov olub.

O, Çempionlar Liqasında 1995-ci ildə "Spartak"da çıxış edərkən fərqlənməyi bacarıb. Azərbaycanlı futbolçu İngiltərə çempionu "Bləkbörn Rovers" klubuna qol vurub.

ÇL-də ilk qol vuran azərbaycanlı və Azərbaycan vətəndaşı

Ramiz Məmmədov Moskvada anadan olub, lakin hər zaman özünü azərbaycanlı hesab edib. O, sovet pasportunda da milliyyətini azərbaycanlı kimi qeyd etdirib. Anası rus, atası isə Gürcüstandan olan azərbaycanlıdır (Tbilisidən təxminən 100 km aralıda yerləşən və azərbaycanlıların kompakt yaşadığı Qarabulax kəndindən). Ramiz Məmmədov hər yayını Azərbaycanda kənd mühitində keçirib və bu səbəbdən ana dilində sərbəst danışır.

Cinah müdafiəçisi Çempionlar Liqasında üç klubun heyətində çıxış edib: Rusiyanın "Spartak", Ukraynanın "Dinamo" və Avstriyanın "Şturm" klublarında. Onun hesabında bu turnirdə 33 oyun və 2 qol var.

Qeyd edək ki, Bəhlul Mustafazadənin qarşısında böyük hədəflər durur. Ümid edək ki, B.Mustafazadə bu turnirdə daha böyük uğurlar əldə etmək imkanı qazanacaq.

Son xəbərlər