Çimayev UFC-də qələbəsindən sonra Kadırova müraciət etdi
Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təmsil edən qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Hamzat Çimayev UFC-308 turnirindəki qələbəsindən sonra Çeçenistan rəhbəri Ramzan Kadırova təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə döyüşçü instaqram hesabında paylaşım edib.
30 yaşlı idmançı karyerasında yeni bir nəfəs aldığını etiraf edərək deyib: "Ən çətin dönəmdə o, məni evə gətirdi, söhbət etdi və bu çətinliklərin müvəqqəti olduğuna, Allahın istəyi ilə baş verdiyinə inanmağa imkan verdi. Beləliklə, karyeramı yenidən canlandırdım".
Çimayev oktyabrın 26-da Əbu-Dabidə (BƏƏ) keçirilən UFC-308 turnirində Rober Uittakerə ilk raunddaca boğucu fəndlə qalib gəlib. Orta çəki dərəcəsində keçirilən döyüş Çimayevin bir il ərzində ilk görüşü olub. Ötən ilin oktyabrında o, amerikalı Kamaru Usmanı məğlub etmişdi. Ümumilikdə MMA-da onun 14 qələbəsi var və məğlubiyyəti yoxdur.
Çeçenistanda anadan olan Çimaev 16 yaşında İsveçə köçüb. 2022-ci ilin sentyabrında o, İsveç vətəndaşlığından imtina edib. Hazırda idmançı BƏƏ-ni təmsil edir və Qroznıdakı "Axmat" komandasının üzvüdür.
Oxşar xəbərlər
Azərbaycan Yüksək Liqası: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş...