“Cim Bom” qalmaqallı şəkildə ayrılan hücumçunu geri qaytarır - FOTO

“Cim Bom” qalmaqallı şəkildə ayrılan hücumçunu geri qaytarır - FOTO
Foto
İdman 224

“Qalatasaray” 2017-2018-ci illər mövsümündə komandada yer alan fransız futbolçu Bafetimbi Qomisi yenidən heyətinə qatıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, sarı-qırmızılılar 36 yaşlı hücumçu ilə 1,5 illik anlaşıb. “Cim Bom”un qısa müddətdə rəsmi açıqlama verməsi və transferi rəsmi şəkildə açıqlaması gözlənilir.

Qeyd edək ki, İstanbul klubundan qalmaqallı şəkildə ayrıldıqdan sonra “Əl Hilal”a yollanan fransız futbolçu burada da müqaviləsini pozmuşdu.

İlkin məlumatlara görə, Qomis liqanın qalan hissəsi üçün “Qalatasaray”dan 650 min avro zəmanətli qonorar alacaq.

Bundan əlavə, liqanın ikinci yarısında 10 qol vursa, müqaviləsi avtomatik olaraq 1 il daha uzadılacaq və əlavə bonus hüququ qazanacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər