Çimərlik Badmintonu üzrə qaliblər bəlli oldu - FOTO/VİDEO

Çimərlik Badmintonu üzrə qaliblər bəlli oldu - FOTO/VİDEO
Foto Video
İdman 47

Bakıda Çimərlik Badmintonu (Air Badminton) üzrə yarış keçirilib.

BAKU.WS xəbər verir ki, yarış Su idmanı Sarayı və Azərbaycan Badminton federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

8 cütlükdən ibarət 16 idmançı Bakı Su İdmanı Sarayında mübarizə aparıb.

Sonda qaliblərin adları açıqlanaraq onlara müxtəlif nominasiyalarda mükafatlar təqdim edilib.

Mükafatlar Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən verilib.

Xatırladaq ki, Çimərlik Badmintonu (Air Badminton) üzrə yarış 16 iyunda keçirilib.

Son xəbərlər