Çempionlar Liqası: “Real” rekorda imza atdı, “Milan” sülhə razılaşdı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində növbəti görüşlər keçirilir.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, qarşılaşmalardan ikisi artıq başa çatıb.
“B” qrupunun son pillələrində qərarlaşan “Milan”la “Portu”nun qarşıdurması sülhlə nəticələnib - 1:1.
İtalyanlar ötən turdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxa bilməyiblər.
Başa çatmış digər oyunda isə Madrid “Real”ı İspaniya paytaxtında Donetsk “Şaxtyor”unu qonaq edib. Ötən tur Ukraynada rəqibini 5 cavabsız qolla darmadağın edən kral klubu bu dəfə də üstün olub. Benzemanın dublu komandaya növbəti 3 xalı qazandırıb – 2:1.
Onun 14-cü dəqiqədə vurduğu ilk qol isə Madrid klubunun tarixində mininci Avrokubok qolu olub. Bununla da, “Real” qitə miqyaslı turnirlərdə qollarının sayını minə çatdıran birinci klub olub.
Çempionlar Liqası
IV tur
B qrupu
“Milan” (İtaliya) – “Portu” (Portuqaliya) 1:1
Oxşar xəbərlər
ÇL: "Beşiktaş" uduzdu, "Şaxtyor" və "İnter" ilk xalını qazandı - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2...