Ceyk Pol Mayk Taysondan sonra növbəti boks əfsanəsi ilə rinqə çıxmağa hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Mayk Taysonu məğlub edərək boks dünyasında böyük əks-səda doğuran Ceyk Pol, indi də keçmiş dünya çempionu Entoni Coşua ilə qarşılaşmağa hazırlaşır.
Onlar dekabr ayında Mayamidə rinqə çıxacaqlar.
Matçın 19 və ya 26 dekabr tarixində keçirilməsi planlaşdırılır. Dəqiq tarix isə qarşıdan hələn həftə açıqlanacaq.
Ceyk Pol 2024-cü ildə 58 yaşında rinqlərə qayıdan əfsanəvi boksçu Mayk Taysonu hakim qərarı ilə məğlub etmiş, lakin yaş fərqi səbəbindən tənqid edilmişdi. Sosial media fenomenliyindən peşəkar boksa addım atan Pol, karyerasının ən çətin rəqiblərindən biri ilə qarşılaşmağa hazırlaşır
Qeyd edək ki, Ceyk Pol - Entoni Coşua mübarizəsi, ilin ən çox danışılacaq boks qarşılaşmalarından biri olmağa namizəd göstərilir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...