Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının başlama saatı bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı bəlli olub.
BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun avqustun 19-da səfərdə Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı keçirəcəyi ilk matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma isə saat 20:45-də başlayacaq.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya", "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" kollektivini mübarizədən kənarlaşdırıb.
Oxşar xəbərlər
Əfsanəvi Kinin çalışdırdığı "köhnə tanış" - 52 milyon dəyəri olan "Ferentsvaroş"u tanıyaq
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi Macarıstanın ən köklü və titullu klubu olan "Ferentsvaroş" olub. BAKU....
