"CBC Sport” Qurban Qurbanovu sərt tənqid etdi - VİDEO

29
okt
2019
13:01
Avropa Liqasının 3-cü turunda baş tutan "Qarabağ” - APOEL (2:2) matçından sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov "CBC Sport”un əməkdaşı Nurlan Valehoğlunu acılayıb. BAKU.WS xəbər verir ki, buna səbəb jurnalist Nurlan Valehoğlunun Rəşad Sadıqovun futbolla vidalaşması barədə baş məşqçi Qurban Qurbanova sual ünvanlaması olub. "Qarabağ”ın baş məşqçisinin jurnalistə kobud cavab verməsinə isə "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov "Bizim futbol” verilişində reaksiya verib. O, Q.Qurbanovun göstərdiyi reaksiyanı tənqdi edib və onu jurnalistlərə qarşı daha təmkinli olmağa çağırıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək
Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalı...