Canni De Byazi: "Heç vaxt o sözləri işlətməmişəm"
Yeniliklərdən dərhal xəbərdar olun
"Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil!"
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında yer alan müsahibəsindəki açıqlamasına aydınlıq gətirərkən deyib.
O, rəhbərlik etdiyi komandaların adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməmələri ilə fərqləndiyini söyləyib: "Ola bilər, hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil!"
Oxşar xəbərlər
Canni De Byazi: "Ruhumu qorxaq komandaya vermək gücündə deyiləm"
"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir etmək və ruhumu...