Burak Yılmaz: "Azərbaycan xalqının bizimlə olduğunu bilirik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bütün Azərbaycan xalqına təşəkkür edirik. Onlar bizim qardaşlarımız və dostlarımızdır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə millisinin kapitanı Burak Yılmaz Avropa Çempionatının A qrupunda Bakıda Uels seçməsinə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
36 yaşlı hücumçu Bakıda xoş münasibət gördüklərini bildirib: "Gəldiyimiz andan bunu bizə hiss etdiriblər. Sabah öz evimizdə oynayacağıq. İtaliyada səfər matçına çıxmışdıq. Azərbaycan xalqının bizimlə olduğunu bilirik".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Uels-İsveçrə matçını izləyib - FOTO
Bu gün Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birin...