"Budyo Qlimt" - "Qarabağ" FK matçının biletləri bu gün satışa çıxarılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Budyo Qlimt" (Norveç) - "Qarabağ" FK matçının biletləri bu gün satışa çıxarılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ" FK-nın sosial şəbəkəsində məlumat verilib.
Matçı "Aspmyra" stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün 14:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılacaq.
Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü saat 14:00-dan 16:00-a kimi "Scandic Havet" (Address: Tollbugata 5, 8006 Bode, Norge) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidir.
Biletlərin qiyməti 55 AZN-dir.
Qeyd edək ki, " Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-i saat 21:45-də (Bakı vaxtı ilə) start götürəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...