Bu gün “Qarabağ”ın oyununa gedənlərin DİQQƏT-inə

Bu gün “Qarabağ”ın oyununa gedənlərin DİQQƏT-inə
İdman 1205
“Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunda Bakı Olimpiya Stadionunda baş tutacaq “Çelsi” ilə oyunqabağı azarkeşlərə müraciət edib.BAKU.WS-in məlumatına görə, klub rəsmi İnstaqram səhifəsində məlumat yayıb. Məlumatda qeyd edilir:“Girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq.Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur”.TuncayBAKU.WS

Son xəbərlər