Bu gün AVRO-2020-nin oyunları ilə bağlı qərar açıqlanacaq

Bu gün AVRO-2020-nin oyunları ilə bağlı qərar açıqlanacaq
İdman 70

Avropanın ali futbol qurumu olan UEFA bu gün 55 milli assosiasiyanın iştirakı ilə videokonfrans keçirəcək və turnirlə bağlı yekun qərarını açıqlayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "The Athletic" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, UEFA AVRO-2020-nin təxirə salınması üçün klublar və müxtəlif ölkələrin liqalarından 275 milyon funt sterlinq (302 milyon avro) tələb etmək niyyətindədir.

Qeyd edək ki, AVRO-2020 12 iyun-12 iyulda Avropanın 12 şəhərində təşkil olunma idi. Bu şəhərlərin arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələnin isə 1 matçının Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər