Bu dəfə azərbaycanlı idmançı ABŞ-da MMA qalibi oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da yaşayan qarışıq döyüş növləri üzrə idman ustası Hüseyn Əliyev Hyuston şəhərində keçirilən “Cage Fury FC 50” turnirində qələbə qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, 65 kq çəki dərəcəsində çıxış edən Əliyev “Bayou City Event Center”in arenasında təşkil edilən turnirdə 27 yaşlı ABŞ idmançısı Kemeron Qreyvislə qarşılaşıb və rəqibinə qalib gəlib.
Yarış zamanı Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Amerika–Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov və icma üzvləri həmvətənimizi dəstəkləyiblər. Qələbədən sonra soydaşımızla görüşən Samir Novruzov idman sahəsində əldə etdiyi nailiyyətlərinə və idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının və Amerika Azərbaycan İnteqrasiya Mərkəzi adından Əliyevə diplom təqdim edib.
Qeyd edək ki, Hüseyn Əliyev 1990-cı ildə Bakıda anadan olub. MMA üzrə 3 qat dünya çempionu olan Hüseyn Əliyev peşəkar döyüşdə aktivinə 11 qələbə, 1 heç-heçə, passivinə isə 4 məğlubiyyət yazıb. Həmvətənimiz daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün bir neçə il öncə ABŞ-a köçüb.
Qalereya
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...