“Braqa” klubunun prezidenti “Qarabağ”a məğlubiyyətə görə komandasını tənqid edib
Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, futbol funksioneri Braqadakı oyunun ardından komandanın paltardəyişmə otağına yollanıb.
O, orada yüksək səslə futbolçuları tənqid edib, onlara sərt mesajlar verib. Komandanın sərgilədiyi oyundan narazılığını dilə gətirən prezident Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə qarşılarına qələbə tələbi qoyub.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB-7
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakı...