"Bozqurd" işarəsi göstərən Merih Demiralın cəzası açıqlandı
04
iyl
2024
23:37
Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd" işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.
BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, 26 yaşlı idmançı 2 oyunluq diskvalifikasiya olunub.
UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.
Qeyd edək ki, "ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.
Oxşar xəbərlər
UEFA Merih Demiralın "bozqurd" işarəsi göstərməsi ilə bağlı araşdırmalara başladı
UEFA Merih Demiralın Avstriya ilə oyunda nümayiş etdirdiyi qol sevincinə görə araşdırma başladıb. BAKU.WS NTV Spor-a istinadən xəbər verir ki, futbol qurumundan...