"Böyük Dəbilqə": Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 8 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Yarışın sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Böyük DəbilqəNigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 finalMurad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 finalElcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 finalVüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 finalZelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 finalƏjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyirCamal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 finalKənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, 73 k...