Böyük Britaniya adına medal qazanan azərbaycanlı bacılar
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya yığmasını təmsil edən əslən azərbaycanlı Cessika və Cenifer Qədirova əkiz bacılarının da üzvü olduqları Britaniyanın idman gimnastikası üzrə qadınlardan ibarət komandası Olimpiya Oyunlarının bürünc mükafatına sahib çıxıb.
BAKU.WS-in məlumatına görə, idman gimnastikasında komanda yarışlarının final mərhələsi keçirilib. Qeyd edək ki, əkiz bacılar 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak etmişdilər.
Qədirova bacılarının valideynləri azərbaycanlıdırlar. Atası Natiq Qədirov bir müddət əvvəl verdiyi müsahibədə 2001-ci ildə Böyük Britaniyaya köçdüklərini deyib. Altı övladı var. Cessika və Cennifer 2004-cü ildə İrlandiyada doğulublar: “İşlə əlaqədar İrlandiyaya getmişdik. Uşaqların da doğuşu həmin səfər vaxtına tuş gəldi”.
Əkiz bacılar həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlarıdırlar. Valideynləri isə orada oturum izni ilə yaşayırlar.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...