Fırat Aydınus yenə düz tapdı - Türkiyə futbolunda nə baş verir? - VİDEO
25
dek
2023
17:30
Dekabrın 29-da "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq Türkiyə Superkubokunun finalını Abdulkadir Bitige idarə edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb.
Daha öncə keçmiş hakim Fırat Aydınus derbini Abdulkadir Bitigenin idarə edəcəyini bildirmişdi.
Qeyd edək ki, iki əzəli rəqib dekabrın 29-da Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok matçında üz-üzə gələcək. Liqa çempionu "Qalatasaray" və Türkiyə kubokunun sahibi "Fənərbağça" matçı böyük həyəcanla gözlənilir.
Oxşar xəbərlər
“Qarabağ” Xankəndidə keçirilən tarixi oyunda Nəriman Axundzadənin qolu ilə MOİK-i məğlub etdi - YENİLƏNİB/VİDEO
"Qarabağ" matça əlavə olunmuş 5-ci dəqiqədə Nəriman Axundzadə ilə qol vuraraq Azərbaycan Kubokunda MOİK-i 1:0 məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb...