Beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov 32 illik karyerasını 2027-ci ildə başa vuracaq
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov 2027-ci ildə karyerasını bitirəcək.
BAKU.WS xəbər verir ki, bunu mütəxəssis bunu report-a açıqlamasında deyib.
Eyni zamanda Avropa Həndbol Federasiyasında nümayəndə kimi fəaliyyət göstərən İ.Əsgərov 32 illik təcrübəyə malik olduğunu deyib:
"Yaş limiti ilə əlaqədar 2027-ci ildə karyeramı başa vuracağam. Amma gələn il avqustun 1-nə qədər qitəmiqyaslı turnirlərə təyinat ala bilərəm. 1970–1990-cı illərdə idmançı kimi fəaliyyət göstərmişəm. 1994-cü ildən beynəlxalq dərəcəli hakim, 2010-cu ildən isə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsiyəm. Karyeram ərzində Azərbaycan, Gürcüstan, Qətər və Rusiya çempionatlarının matçlarını idarə etmişəm".
Gənclərə yer verməyin vacibliyini vurğulayan mütəxəssis Azərbaycanda potensiallı hakimlər olduğunu da söyləyib:
"Beynəlxalq fəaliyyətimi bitirdikdən sonra yerimi gənclərə vermək istərdim. Əlbəttə, xidmətimə ehtiyac duyulsa, yenə də böyük məmnuniyyətlə ölkə həndboluna fayda vermək üçün əlimdən gələni edərəm. Azərbaycanda perspektivli hakimlər var. Məsələn, Ernest Ağakişi qeyd etmək istərdim. O, uzun müddətdir həndbolun içindədir. 10 ildən artıqdır Azərbaycanda çalışır. İngilis və alman dillərini bilir, çimərlik həndbolu üzrə EHF nümayəndəsidir. Qardaşı Emil Ağakişi ilə birgə beynəlxalq oyunlara təyinat alır. Ernest təcrübəsini daha da artırmaq üçün müvafiq seminarları keçməlidir. Bunları rahat edə biləcəyinə əminəm. Çünki o, son 10 ildə hakimliklə yanaşı, nümayəndə kimi də böyük təcrübə toplayıb".
Oxşar xəbərlər
Poqba "Monako" müqaviləsinə qarşılıqlı qaydada xitam verib
Fransalı yarımmüdafiəçi Pol Poqba ilə "Monako" klubu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi saytı m...