“Beşiktaş”ın fransız futbolçusunun geyindiyi pencək azarkeşləri qəzəbləndirdi - FOTO

“Beşiktaş”ın fransız futbolçusunun geyindiyi pencək azarkeşləri qəzəbləndirdi - FOTO
Foto
İdman 1

"Beşiktaş"ın fransız futbolçusu Valentin Rozenin sosial şəbəkədəki paylaşımı "Beşiktaş" azarkeşlərini qəzəbləndirib.

BAKU.WS xəbər verir ki, o, üzərində 8 və 0 yazılmış pencəklə poza verib.

Rozierin paylaşımı qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.

Buna səbəb, 2007-ci ildə Çempionlar Liqası matçında "Beşiktaş"ın "Liverpul"a 8:0 hesabı ilə uduzduğu matçdır ki bu da uzun illər danışılıb. Həmin hadisə azarkeşlərin yaddaşında 8-0-lıq acı xatirə olaraq həkk edilib.

Beləliklə Valentin Rozierin geyindiyi gödəkçənin üzərindəki nömrə detalları "Beşiktaş" azarkeşlərinin böyük reaksiyasına səbəb olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər