“Beşiktaş” Rafa Silva transferini açıqladı - FOTO
27
iyn
2024
12:09
Türkiyə Super Liqa komandalarından olan "Beşiktaş" Rafa Silva ilə 3 illik müqavilə imzalandığını İctimai Məlumat Platformasına (KAP) bildirib.
BAKU.WS xəbər verir ki, KAP-ın bəyanatı belədir:
Peşəkar Futbolçu Rafael Alexandre Fernandes Ferreira da Silvanın transferi ilə bağlı, oyunçu ilə 2024-cü il iyulun 1-dən qüvvəyə minən 2026-2027-ci il mövsümünün sonuna qədər 3 illik müqavilə imzalanıb.
Oyunçuya hər mövsüm üçün 6.000.000 avro zəmanətli qonorar ödəniləcək.
31 yaşlı portuqaliyalı futbolçu 2023-2024 mövsümündə 52 matçda 22 qol vurub, 15 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Qalatasaray" Rafa Silva üçün son həmləsini etdi
"Qalatasaray" rəhbərliyinin "Benfika" ilə müqaviləsi başa çatan Rafa Silva ilə danışıqları davam etdirdiyi iddia edilib. BAKU.WS "NTV Spor"a isinadən xəbər veri...