“Beşiktaş” “Neftçi” ilə oyuna bu “23-lüy”ü gətirəcək - FOTO

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyə klubu “Beşiktaş”ın Bakıya gətirəcəyi heyət açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Azərbaycana yollanacaq komandanın heyətində 23 oyunçu yer alacaq.
Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü hücumçudur. Baş məşqçi Şenol Günəş iştirak ərizəsində yer alan Emir Yaşar, Göktuğ Baytekin, Artur Masuaku, Aytuğ Kömeç, Raşid Gezzal, Berkay Vardar, Emirhan Delibaş, Cenk Tosun, Azad Dəmir və Mustafa Həkimoğlunun İstanbulda qalmalarını qərara alıb.
Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran.Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş.Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.
Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.
Qalereya
Oxşar xəbərlər
"Beşiktaş"ın iki ulduzu "Neftçi" ilə oyunu buraxacaq
Türkiyə "Beşiktaş"ının iki aparıcı futbolçuları Cenk Tosun və Raşid Gezzal Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsin...
