Beş dünya çempionatında oynayan ilk futbolçu vəfat etdi - FOTO

10
may
2023
19:29
Beş dünya çempionatında çıxış edən ilk futbolçu, Meksika millisinin sabiq qapıçısı Antonio Karbahal 93 yaşında vəfat edib.
BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.
"Tota" ləqəbli keçmiş qolkiper 1950-ci ildə Braziliyada, 1954-cü ildə İsveçrədə, 1958-ci ildə İsveçdə, 1962-ci ildə Çilidə və 1966-cı ildə İngiltərədəki mundiallarda çıxış edib.
Onun 18 illik futbolçu karyerasının böyük hissəsi Meksikanın "Klub Leon" klubunda keçib və burada qaldığı 16 illik müddətdə 364 oyun keçirib.
Qalereya
Oxşar xəbərlər
Təcavüz edən, əxlaqsızlıq yuvası işlədən... - Həbs həyatı yaşayan futbolçular - SİYAHI/FOTO
Dani Alveşin cinsi təcavüz ittihamı ilə həbsi əvvəllər həbsdə olan futbolçuları yada saldı. Narkotik satan kim, əxlaqsızlıq yuvası işlədən kim, terrorçu olan ki...