"Benfika" "Qarabağ" azarkeşlərinə 500 YER AYIRDI
12
sen
2025
14:54
Portuqaliyada "Benfika"ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün "Qarabağ" azarkeşlərinə 500 yer ayrılıb.
Bu barədə BAKU.WS-ə Ağdam təmsilçisindən məlumat verilib.
Komandanı səfər matçında stadiondan dəstəkləmək istəyən fanatlar vauçerləri bu gün, saat 15:00-dan etibarən iTicket.az-da əldə edə bilərlər.
Biletlərin qiyməti 88 manatdır.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Nyukasl" matçının başlama saatı müəyyənləşib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Nyukasl" (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatl...