Bellinqem iki ev tikdirir: biri özü, biri ailəsi üçün

Bellinqem iki ev tikdirir: biri özü, biri ailəsi üçün
İdman 53

Dünyaca məşhur "Louis Vuitton"un reklam siması olan "Real Madrid"in futbolçusu Jude Bellinqham İngiltərənin Midlənds bölgəsində 7 milyon funt-sterlinq dəyərində iki ev tikdirir.

BAKU.WS xəbər verir ki, bu yaxınlarda torpaq alan ingilis futbolçu Jude Bellinqem iki ev tikdirir.

2023-cü ilin aprelində anası ilə birlikdə 825 min funt-sterlinqə aldığı torpaq Birmingem şəhərinə yaxın idi. Midlands bölgəsinin ən prestijli yerlərindən biri hesab olunur.

Bellinqem tərəfindən tikilən evlərdən biri 4 mərtəbəli və 5 yataq otağı olacaq. Evdə kinoteatr, hovuz, sauna və idman zalı, əyləncə zonası olacaq.

Üst mərtəbədə böyük mətbəx, şəxsi vanna otağı olan 5 yataq otağı, iki istirahət otağı və qonaq otağı olacaq.

Bu evə bənzər ikinci ev tikiləcək.

Layihənin ümumi dəyərinin 7 milyon olduğu bildirilir. Bellinqemin evlərdən birini valideynlərinə verəcəyi, digərində özünün qalacağı öyrənilib.

Son xəbərlər