Bekhem Ronaldoya bu qədər maaş təklif edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın "İnter Mayami" klubu İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldoya illik 34 milyon avro məvacib təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, artıq tərəflər mümkün transferi müzakirə ediblər. Razılıq əldə olunsa, 37 yaşlı hücumçu gələn ilin yanvarında "İnter Mayami"yə keçəcək.
Təcrübəli forvard İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsus kluba hələlik yekun qərarını bildirməyib.
Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 oyuna çıxıb və 1 qol vurub.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...