Bəhlul Mustafazadə Çin klubuna keçir? - Açıqlama
Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Ayntraxt"la (3:2) matçda qələbə qolunu vuran "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə klubdan ayrıla bilər.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər səngimək bilmir.
Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilir. Keçid üçün isə yalnız klubun razılığı qalıb.
"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl açıqlamasında bu məlumatı təkzib etməyib: "Bəli, bəzi futbolçularımıza təkliflər var. Onların içində israrla oyunçularımızı istəyənlər də olub. Lakin hələlik biz "Liverpul"la oyuna köklənmişik. Yalnız bundan sonra məsələ barədə danışa bilərik. İstəmirik ki, futbolçularımızın oyunqabağı fikri yayınsın".
Görünən odur ki, adı bəlli olmayan Çin klubu Bəhlulun transferində israrlıdır.
Oxşar xəbərlər
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar. BAKU.WS-in məlum...