BBC News "Tottenhem"-"Qarabağ" matçından yazdı - Ağdamlılar Londondan əliboş qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Tottenhem" Avropa Liqasının Liqa mərhələsinin I turunuda yeddinci dəqiqədən etibarən 10 nəfərə düşməsinə baxmayaraq, "Qarabağ" üzərində qələbə qazanmağı bacarıb.
BAKU.WS-in məlumatına görə, bu barədə "BBC News" xəbər verib.
"Tottenhem Hotspur" stadionunda keçirilən matç tıxac səbəbindən 35 dəqiqə gec başlayıb.
Qarşılaşmanın 7-ci dəqiqəsində Juninyoya qarşı kobud oyuna görə Radu Drequşin meydandan qovulub.
Buna baxmayaraq, 5 dəqiqə sonra "Qarabağ"ın futbolçularının müdafiədə diqqətsiz oyunu ilk qolun vurulması ilə nəticələnib. Matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib. 53-cü dəqiqədə Pap Matar Sarr hesabı iki topa çatdırıb. Matçın 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Dominik Solanke növbəti dəfə fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın 58-ci dəqiqəsində "Qarabağ"ın heyətində Toral Bayramov 11 metrlik cərimə zərbəsini qaçırıb.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...