"Bazel"in futbolçusu azarkeşlərdən dəstək istədi: "Qarabağ"la oyuna görə

Bazelin futbolçusu azarkeşlərdən dəstək istədi: Qarabağla oyuna görə
İdman 107

İsveçrə "Bazel"inin futbolçusu Edon Jeqrova evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçından öncə azarkeşlərə səslənib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, kosovolu yarımmüdafiəçi vacib qarşılaşmada fanatlardan dəstək istəyib. O, tərəfdarları görüşün oynanılacağı "Sent Yakob Park" stadionuna dəvət edib:

"Salam, dostlar! Sizin hər birinizi bu böyük oyunda stadionda görmək istəyirəm. Gəlin, bizə dəstək olun, birlikdə qələbə qazanaq".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər