"Bazel" "Qarabağ"la oyun öncəsi təhlükəsizlik tədbirlərini gücləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə "Bazel"i "Qarabağ"a qarşı keçiriləcək UEFA Konfrans Liqasının qrup oyunu öncəsi "Sankt-Yakob Park" stadionunda koronavirusla bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bazel şəhərinin eyniadlı təmsilçisi artıq yeni qaydalar barədə ictimaiyyəti məlumatlandırıb.
Matça gələnlərdən arenanın ərazisindəki bütün qapalı məkanlarda maska taxmaq tələb olunacaq. Bu tələb qəbul şöbəsi, media mərkəzi, ayaqyolu və paltardəyişmə otaqlarına şamil edilir. Bundan başqa, yalnız masa arxasında yemək yeməyə icazə veriləcək.
Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Oxşar xəbərlər
"Beşiktaş" və "Şaxtyor" avrokuboklarla vidalaşdı, "İnter" 1/8 finala yaxınlaşdı - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, C qrupunda Türkiyə "Beşiktaş"ı pley-offa...