Bayden Meksika ilə sərhəddəki divarın tikintisini dayandıra bilmədiyini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ ev Konqresin müvafiq qərarından sonra Texasın cənub hissəsində ABŞ-Meksika sərhədində divarın tikintisi üçün federal vəsaitin ayrılmasını dayandıra bilməz.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden jurnalistlərin suallarını cavablandırarkən etiraf edib.
“Mən bunu dayandıra bilmərəm”, - Amerika lideri vurğulayıb.
Bayden deyib ki, o, Konqresi vəsaitlərin yenidən bölüşdürülməsinə razı salmağa çalışıb, lakin ölkə qanunlarına əsasən, artıq ayrılmış pulları yenidən istiqamətləndirə bilməz.
ABŞ-Meksika sərhədində tikilən divarın səmərəli olub-olmaması ilə bağlı suala dövlət başçısı mənfi cavab verib.
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...