"Bavariya"nın ulduz futbolçusu dünya çempionatını buraxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Seneqal millisinin və Almaniya "Bavariya"sının futbolçusu Sadio Mane bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı hücumçunun evdə "Verder"i 6:1 hesabı ilə darmadağın etdikləri Bundesliqanın XIV tur matçında zədələnməsidir.
Axill vətərində problem aşkarlanan təcrübəli forvardın sıraya qayıdacağı tarix bəlli deyil.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.
Oxşar xəbərlər
DÇ-2022-nin təqvimi dəqiqləşdi - SİYAHI
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin təqvimi dəqiqləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, mundialın açılış oy...