Basketbol Liqası: "Sabah" müntəzəm çempionatı qalib başa vurub
22
apr
2023
18:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatı qalib başa vurub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu XXVII turda "Gəncə"nin NTD-ni məğlub etməsi (95:92) sayəsində gerçəkləşib.
Hazırda 47 xala malik paytax təmsilçisi sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub.
"Gəncə" və NTD-nin hərəyə 46 xalı var. Bir oyun az keçirən "Xırdalan" kollektivi isə 43 xalla 4-cüdür.
Reqlamentə əsasən, pley-offda lider 4-cü yerin sahibi ilə üz-üzə gələcək. 2 və 3-cü sırada ola komandalar bir-birinə rəqib olacaq.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...