Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Azərbaycan Basketbol Liqasında IV tura start verilib
İdman 53

Azərbaycan Basketbol Liqasında (ABL) IV tura start verilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, açılış oyununda NTD "AAAF Xırdalan"a 99:97 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə "Neftçi" "Olimpik Şəki"yə uduzub - 73:76.

Hər iki qarşılaşma “Sərhədçi” İdman Mərkəzinin idman zalında gerçəkləşib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 8 xalla NTD başçılıq edir. 6 xalı olan "Gəncə" 2-cidir. 5 xala malik 3 komanda - "Sabah", "Neftçi" və "Xırdalan" 3-5-ci yerləri bölüşdürür.

4 xalı olan "Sərhədçi" və "Olimpik" müvafiq olaraq, 6 və 7-ci pillələrdə qərarlaşıb. "Zirvə" isə 3 xalla sonuncudur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər